İranla Azərbaycan arasında dəmir yolu ilə ticarət mübadiləsi 33% artıb - FOTO

İranın “Şimal-2” Dəmir Yolları İdarəsinin rəisi Qulamhüseyn Vələdi Azərbaycan Respublikası ilə ixrac, idxal və tranzit istiqamətləri üzrə dəmir yolu vasitəsilə mal mübadiləsinin 33% artdığını açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Vələdi qeyd edib ki, bu mübadilələr Astara dəmir yolu terminalı vasitəsilə həyata keçirilir.
“Bu ilin 9 ayı ərzində Astara dəmir yolu ilə aparılan mübadilələrin ümumi həcmi 498 min 926 ton olub ki, bu da ötən ilin müvafiq dövründə qeydə alınan 374 min 454 ton ilə müqayisədə 33% artıb”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən dekabrın ortalarına kimi Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana 136 min 324 ton yük ixrac edilib ki, bu da ötən il 126 min 985 ton ixrac həcmi ilə müqayisədə yeddi faiz artım deməkdir.
“Son 9 ay ərzində Astara dəmir yolu terminalı vasitəsilə İrana 152 min 268 ton mal idxal edilib ki, bu da keçən illə müqayisədə 63 faiz artım olduğunu göstərir”, - deyə Vələdi bildirib.
oxu.az
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!












