Banner

İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub

Xəbərlər 16 Sentyabr 2021 11:08 Oxunub 1208
İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir aylıq fasilədən sonra İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub.

Avtosfer.az xəbər verir ki, məlumatı “al-Alam TV”-i yayıb.

Sentyabrın 15-də Məşhəd şəhərindən uçan İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarə göyərtəsindəki 19 sərnişinlə Kabilin hava limanına enib.

Təyyarə daha sonra sərnişinlərlə birlikdə Kabildən Məşhəd şəhərinə uçub.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Kabil hava limanının Uçuşları İdarəetmə Mərkəzi müəssisənin sistemlərinin sıradan çıxdığını və BMT-nin nəzarətinə verildiyini bildirmişdi. Bunun ardınca Əfqanıstanın hava məkanı bütün uçuşlar üçün bağlanmışdı. Ona görə də avqustun 16-dan etibarən İran Mülki Aviasiya Təşkilatı, o cümlədən “Mahan Airlines” Kabilə uçuşu dayandırmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh