İranla Rusiya arasında birgə dron istehsalına dair gizli razılaşma üzə çıxdı

İran Rusiyaya Ukrayna ilə müharibə üçün dron istehsalına yardım edəcək. "The Washington Post" qəzeti yazır ki, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə birgə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib.
Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüşdə razılaşmanı yekunlaşdırıblar. "Razılaşma tam yerinə yetirilərsə, bu, Moskvanın Ukraynadakı savaşına artıq həlledici dəstək verən Rusiya-İran alyansının daha da dərinləşməsi deməkdir", - nəşr yazıb. Məlumata görə, Rusiya üçün bu saziş doqquz aylıq döyüşlərdən sonra dəqiq idarə olunan sursatlara kritik ehtiyacı ödəyə bilər. Rəsmilər bildiriblər ki, sazişlər, habelə İran üçün əhəmiyyətli iqtisadi və siyasi qəzanc verir. Tehran Ukrayna ilə münaqişədə özünü bitərəf göstərməyə çalışsa da, İrana məxsus dronların Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











