Banner

İranlı jurnalistləri daşıyan avtobus aşıb, ölənlər və yaralananlar var

Xəbərlər 23 İyun 2021 20:12 Oxunub 1256
İranlı jurnalistləri daşıyan avtobus aşıb, ölənlər və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranlı jurnalistləri daşıyan avtobus aşıb.

APA-nın məlumatına görə, bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh