İraqda hərbi baza raket atəşinə tutulub
Xəbərlər
20 İyun 2021 20:42
Oxunub 1566
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadə etdiyi İraqın "Əyn əl-Əsəd" hərbi bazası raket atəşinə tutulub.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı xəbər verib.
Məlumata əsasən, İraqın Anbar vilayətində yerləşən həmin hərbi bazaya ən az iki raket atılıb. Bazanın yerləşdiyi Əl-Bağdadi bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb, hücumü törədəndlərin axtarışı davam edir.
Raket hücumu nəticəsində mümkün dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR