İrəvan Qarabağ ermənilərini zəhərləmək istəyir - TƏXRİBAT

“Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümimdünya Səhiyyə Təşkilatını (ÜST) bölgəyə çağıracaqlar.
“Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin.
Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhədinə bizim TIR-lar düzülüş etməlidir. "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq”, - deputat vurğulayıb.
Qeyd edək ki, Ermənistan tərəfi 400 ton "humanitar yardım"ın Qarabağa çatdırılmasına qərar verib və ötən həftə yüklənmiş TIR-lar Laçın istiqamətində yola düşüb. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb. Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışıb.
Azərbaycanın rəsmi qurumları dəfələrlə bəyan ediblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Amma Ermənistan tərəfi bununla razılaşmayaraq, avtomobil karvanını sərhəd yaxınlığında saxlamağa davam edir.
Modern.az
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











