Banner

İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açılıb

Xəbərlər 17 Yanvar 2022 21:14 Oxunub 1112
İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2021-ci il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana qaytarılan altı hərbçidən heç biri zərərçəkmiş kimi tanınmayıb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildirilib ki, Azərbaycan tərəfindən qaytarılan 26 hərbçidən 6-sı barəsində cinayət işi başlanıb və onlar həbs edilib. Həbs olunanlar arasında üç zabit də var. Onların heç biri zərərçəkmiş kimi tanınmayıb.///oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh