Banner

İrəvanda türkiyəli sürücü öldürüldü

Xəbərlər 28 İyul 2022 14:29 Oxunub 848
İrəvanda türkiyəli sürücü öldürüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrəvanda Türkiyə vətəndaşı öldürülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın kriminal saytı olan "Shamshiyan" məlumat yayıb. Qeyd edilir ki, o, Ermənistana sürücü kimi gəlibmiş. "İyulun 27-si saat 17:00 radələrində Şenqavit polis şöbəsinə Araratyan küçəsi 62/23 ünvanında kişi meyitinin olması barədə məlumat daxil olub. Polis və müstəntiqlər məlum ərazidə türk nömrələri olan “İveco” markalı yük maşınının yanında kişi cəsədinin olmasını təsdiqləyiblər.
Faktla bağlı Şenqavit İstintaq İdarəsində cinayət işi başlanılıb. Müstəntiqin qərarı ilə meyitə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ölən şəxs türkdür. Polis və istintaq şöbəsi mərhumun şəxsiyyətini müəyyənləşdirir" - məqalədə yazılıb.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə ermənilərin Türkiyəyə məxsus yük maşınını saxlayaraq onun üzərində türk dilində olan yazıların silinməsi və sürücünün təhqir edilməsi ilə bağlı video yayılmışdı.
 

AzVision.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh