Banner

İrəvandan Bakıya neçə uçuş olub? - Nazirlikdən AÇIQLAMA

Xəbərlər 4 İyun 2025 09:18 Oxunub 384
İrəvandan Bakıya neçə uçuş olub? - Nazirlikdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib. 

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yazılı məlumat yayıb. 

"Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub", - nazirlik açıqlayıb. 

Qeyd olunub ki, dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh