“İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırıq”
Xəbərlər
10 Dekabr 2022 15:40
Oxunub 874

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanmasına hər cür yardım göstərməyə hazırdır”.
Bunu “TASS”a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Biz bundan sonra da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasına hər cür köməklik göstərməyə hazırıq”, - deyə Qonçar qeyd edib.
O, ölkəsinin bu məqsədlər üçün Rusiyada yüksək səviyyəli üçtərəfli görüşlərin təşkilinə hazır olduğunu da vurğulayıb. (qafqazinfo)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













