İsa Həbibbəylinin qızının seyfindən 1 milyon avro oğurlanıb? - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nağd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi məlumatı yayılıb.
Avtosfer.az xəbər verir ki, AMEA rəhbəri Manset.az-a açıqlamasında yayılan məlumatların şişirdildiyini deyib.
“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.
Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın”, - İ.Həbibbəyli qeyd edib.
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN










