İşdən çıxarılan 743 müəllimin yerinə VAKANSİYA ELAN OLUNUR - VİDEO
Xəbərlər
4 Sentyabr 2023 23:53
Oxunub 1118

Xəbər verdiyimiz kimi, təkrar sertifikatlaşmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.
Elm və Təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, həmin müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.
Sertifikasiyadan kəsilənlər daha çox Gəncə-Daşkəsən Regional İdarəsi tabeliyindəki müəssisələrdə çalışanlar olub. Təkrar sertifikatlaşmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri diqqətdə saxlanılacaq.
Qeyd edək ki, təkrar sertifikatlaşma imtahanında ümumilikdə 1939 müəllim iştirak edib. Onlardan 1334-ü keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













