İşdən çıxarılan polkovnik yüksək vəzifəyə təyin edildi

Xəbərlər 14 Avqust 2024 13:05 Oxunub 150
İşdən çıxarılan polkovnik yüksək vəzifəyə təyin edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsindən bu yaxınlarda azad edilmiş polkovnik Nəriman Cabbarova yenidən yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polkovnik Nəriman Cabbarov Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Cabbarov hazırda həbsdə olan general-mayor Nizami Məmmədovdan sonra MN-nin Maliyyə və Büdcə İdarəsinin rəisi işləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh