İşə düzəltmək adı altında dələduzluq - 75 nəfər zərərçəkən var

İşə düzəltmək adı altında 100 nəfərdən çox vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Zahid Muradovla Nailə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Cinayət işinin məhkəmə istintaqı hakim Emin Rüstəmovun sədrliyi ilə aparılacaq.
75 nəfər iş üzrə zərərçəkən kimi tanınıb. Zaur Muradovla Nailə Məmmədova ötən ilin sentyabrında Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Adıçəkilən şəxslərin əməlləri ilə bağlı polis idarəsinə şikayətlər daxil olub. Araşdırmalar zamanı məlum olub ki, Zahid Muradovla Nailə Məmmədova "WhatsApp" platformasında saxta "işə düzəltmə" səhifələri yaradıblar.
Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçiriblər.
Zahid Muradovla Nailə Məmmədova Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə mühakimə ediləcək.
Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










