Banner

İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA

Xəbərlər 15 Sentyabr 2022 23:00 Oxunub 2022
İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:

“Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib”.

Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh