İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildi
Xəbərlər
26 Oktyabr 2020 17:40
Oxunub 798
İşğaldan azad olunan yaşayış məntəqələrində infrastruktur layihələrinə start verilib. İlk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.
Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb.
Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.
ŞƏRH YAZ