İşıq pulu artırılır? -"Azərişıq"dan AÇIQLAMA

Xəbərlər 18 Fevral 2021 22:52 Oxunub 4246
İşıq pulu artırılır? -"Azərişıq"dan AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bunu "Azərişıq" ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

T.Mustafayevin sözlərinə görə, "Azərişıq" elektrik enerjisi tariflərinin artırılması üçün Tarif Şurasına müraciət edilməyib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılmışdır. Məlumatda deyilirdi ki, Taarif Şuraısnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olub.
Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyriəhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh