İşləməyə gedən azərbaycanlıların NƏZƏRİNƏ: Ailə üzvləri ilə bağlı qadağalar

Rusiyada deputatlar əcnəbi işçilər üçün qaydaları sərtləşdirən düzəlişlər hazırlayıblar.
Avtosfer.az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı qanun layihələri paketi "Ədalətli Rusiya - Həqiqət uğrunda" (SRZP) partiyasının lideri Sergey Mironovun rəhbərliyi ilə hazırlanıb.
Yeni qanun layihəsi sərt məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Məsələn, miqrantlara ailə üzvləri də daxil olmaqla yaxın qohumlarını yanına aparmaq qadağan ediləcək, həmçinin ixtisassız miqrantlar üçün daimi yaşayış icazəsi və vətəndaşlıq verilməyəcək.
Bundan başqa, əcnəbi işçilərin Rusiya ərazisində qalma müddəti əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırılacaq. Müqavilə başa çatdıqdan sonra işəgötürən miqrantın ölkədən çıxmasını təmin etməlidir. Müqavilənin vaxtından əvvəl ləğvi halında bu öhdəlik yenə də işəgötürənin üzərində qalır.
Deportasiya halları da daxil olmaqla geri qayıtmanın maliyyələşdirilməsi üçün işəgötürənlər xüsusi depozitdə vəsait yerləşdirməli və ya bank zəmanəti təqdim etməlidirlər. Bu vəsaitlər işçinin vətəninə qayıtması ilə bağlı bütün xərcləri əhatə etməlidir.
Qanun layihəsində əcnəbi vətəndaşlar üçün imtahanların keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Müşayiətedici sənədlərdə göstərilib ki, rus dili, Rusiya tarixi və qanunvericilik əsasları üzrə test keçirən təşkilatlara bu imtahanların keçirilməsi hüququnu üçüncü şəxslərə və ya fərdi sahibkarlara ötürmək qadağan edilir.
Qanun layihəsinin ayrıca bəndi əmək miqrantlarının yaşayışına aiddir. Onlara yalnız xüsusi təşkil edilmiş qapalı əmək qəsəbələrində yaşamağa icazə veriləcək. Onların yaradılması və saxlanması ilə bağlı bütün xərcləri işəgötürənlər öz üzərinə götürməlidirlər.
(oxu.az)
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO
Bu obyektlərdə “dəvə qutabı” ilə bağlı reydlər keçirildi - Nöqsanlar üzə çıxdı - ŞOK VİDEO
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB











