İşlətdiyi kafedə özünə ad günü məclisi təşkil edən şəxs məsuliyyətə cəlb olundu - FOTO
Xəbərlər
29 Aprel 2021 17:33
Oxunub 1014
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı şəhər mərkəzində yerləşən “Pepsi” adlı kafedə ad günü məclisi təşkil edildiyi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin yerə baxış keçirilən zaman obyektin icarədarı Ramil Surxayevin özünə ad günü məclisi təşkil etdiyi məlum olub. Onunla izahedici söhbətlər aparılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Həyata keçirilən digər bir tədbir zamanı isə şəhərin C.Cabbarlı küçəsində yerləşən çayxananın gecə saatlarında işlədiyi məlum olub. Obyektin icarədarı Rahim Kərimova mövcud qaydalar bir daha izah edilib və barəsində inzibati protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən həmin şəxs 10 gün müddətinə inzibati həbs olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR