İsmayıl Vəliyevin məhkəməsinin vaxtı açıqlandı

Xəbərlər 14 Mart 2021 15:39 Oxunub 1462
İsmayıl Vəliyevin məhkəməsinin vaxtı açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

Avtosfer.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin olunub.
Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılacaq.

Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.
İstintaq orqanı tərəfindən saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh