Banner

İsmayıllı-Lahıc yolunda hərəkət BƏRPA EDİLDİ

Xəbərlər 8 Sentyabr 2023 15:11 Oxunub 1068
İsmayıllı-Lahıc yolunda hərəkət BƏRPA EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh