Banner

Koronavirus xəstəsi küçədə saxlanıldı

Xəbərlər 6 Noyabr 2021 15:05 Oxunub 722
Koronavirus xəstəsi küçədə saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəkidə polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

R.Məmmədov barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh