İsmayıllı sakinindən heroin götürülüb - FOTO
Xəbərlər
26 İyul 2021 17:40
Oxunub 1552

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini Coşqun Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













