İsmayıllıda 1,5 ton çətənə kolu məhv edilib - FOTO
Xəbərlər
26 Avqust 2021 10:36
Oxunub 744

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













