Banner

İsmayıllıda 44 yaşlı kişi bıçaqlayan şəxs TUTULDU

Xəbərlər 11 Sentyabr 2023 10:38 Oxunub 926
İsmayıllıda 44 yaşlı kişi bıçaqlayan şəxs TUTULDU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin  Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh