İsmayıllıda evdən narkotik və odlu silah aşkarlanıb - FOTO

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və müvafiq sənədləri olmadan odlu silah saxlayan şəxs tutulub.
Avtosfer.az-ın xəbərinə görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Niyaz Adıgözəlov saxlanılıb. Şəxsi axtarış zamanı ondan üç ədəd kağız bükümdə 1,6 qram qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Oradan şüşə qablarda, karton qutularda və sellofan torbalarda çətənə bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi 3 kiloqram 511 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










