Banner

İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs tutulub - FOTO

Xəbərlər 14 Fevral 2023 14:18 Oxunub 776
İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs tutulub   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, gecə saatlarında evə daxil olan naməlum şəxs oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Rayon polis şöbəsinə məlumat daxil olduğu andan cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Kamran Qarayev tutularaq istintaqa təqdim edilib. Onun oğurladığı qızılların hamısı yaşadığı ünvanda gizlətdiyi yerdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, K.Qarayevin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh