İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsinin pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.
M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digər insanların da sağlamlığı üçün real təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən M.Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.
İsmayıllı RPŞ-də də M.Qüddəsərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır










