İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb - FOTO

Xəbərlər 26 Noyabr 2020 16:23 Oxunub 886
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbi ilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa, məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb.

M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən M.Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

İsmayıllı RPŞ-də də M.Qüddəsərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Mayıl Qüddəsərov

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh