Banner

İsmayıllıda məktəblilər narkomaniyanın fəsadları ilə bağlı maarifləndirildilər - FOTO

Xəbərlər 6 Fevral 2024 17:45 Oxunub 704
İsmayıllıda məktəblilər narkomaniyanın fəsadları ilə bağlı maarifləndirildilər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 nömrəli, Cülyan və Aşıqbayramlı kənd orta məktəblərində  “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbirlər keçirilib. 

Avtosfer.az xəbər verir ki, məktəblilərlə görüşlərdə çıxış edən polis əməkdaşları “ağ ölüm”ün fəsadları barədə onlara məlumat verib, bu bəlaya düçar olmuş şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıblar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh