İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutulub - FOTO - VİDEO

Xəbərlər 11 Sentyabr 2024 10:06 Oxunub 106
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutulub - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb,  N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh