Banner

İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb - FOTO

Xəbərlər 14 May 2021 12:05 Oxunub 1316
İsmayıllıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 4-də İsmayıllı rayon sakini, evli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, Arzu Ağazadənin əlamətləri – boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara və sarıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh