Banner

İsmayıllıda qanunsuz ağac kəsiminə görə obyekt sahibləri məsuliyyətə cəlb olunub - VİDEO

Xəbərlər 22 Noyabr 2023 16:35 Oxunub 680
İsmayıllıda qanunsuz ağac kəsiminə görə obyekt sahibləri məsuliyyətə cəlb olunub  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz ağackəsmə ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və hazırda faktla bağlı araşdırma aparılır.

Göyçay Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı isə rayonun Qaraməryəm kəndində, eləcə də şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Qeyd olunan faktlar üzrə iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh