İsmayıllıda təcili tibbi yardım maşını yoxdur? - VİDEO

Xəbərlər 28 Avqust 2020 11:48 Oxunub 3364
İsmayıllıda təcili tibbi yardım maşını yoxdur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllıda yaşayan vətəndaşlardan biri rayon xəstəxanasının təcili tibbi yardım maşınından narazıdır. Bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb. Həmin paylaşıma yazılan şərhdə xəstənin vəziyyətinin yaxşı olduğu qeyd edilsə də, maşının vəziyyəti barədə eyni sözü demək çətindir: “Anamın vəziyyəti şükür, yaxşıdır. Amma bu “təcili tibbi yardım maşını” İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aiddir. Təcili tibbi yardım maşını bir növ, səyyar xəstəxana olmalıdır, tibbi cəhətdən təchiz edilməlidir. Bu maşında isə oturmağa belə normal şərait yoxdur”.

Xəstəxanadakı vəziyyət isə belə təsvir olunub: “Adi sistem tərkibini, pambığı, digər vasitələri də xəstə özü almalıdır. Bu işlərə baxan olmasa, camaatı qıra-qıra gedəcəklər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh