İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb - FOTO
Xəbərlər
10 Aprel 2021 12:41
Oxunub 682
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Təzəkənd kənd sakini Mərdan Məhərrəmov ev şəraitində müalicə almasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
M.Məhərrəmov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR