İspaniyada 200-dən çox təyyarə bioyanacaqla uçacaq

Gələn həftə zeytun çəyirdəyi və digər zeytun tullantılarından hazırlanmış bioanacaqla doldurulan 220 təyyarə İspaniyanın Sevilya şəhərindəki aeroportlardan havaya qalxacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə CEPSA neft-qaz korporasiyası məlumat yayıb.
“Zeytun tullantılarından hazırlanan bioyanacaq 400 min kilometr məsafə qət etməyə imkan verəcək. Bu, 400-500 saat uçuş müddətinə və ya yer kürəsi ətrafında 10 dövrəyə bərabərdir. Təşəbbüs 200 tondan çox karbon qazının atmosferə atılmasının qarşısını alacaq ki, bu da 2,5 mindən çox ağacın əkilməsinə bərabərdir”, - CEPSA-nın saytında dərc olunan bəyanatda belə deyilir.
Bioyanacaqdan Sevilya aeroportlarından uçan “Air Europa”, “Air Nostrum”, “Iberia Express”, “Ryanair”, “Vueling” və “Wizz Air” aviakompaniyalarının təyyarələri istifadə edəcək.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











