Banner

İspaniyada tətillə əlaqədar onlarla aviareys təxirə salınıb

Xəbərlər 25 İyul 2022 19:33 Oxunub 1036
İspaniyada tətillə əlaqədar onlarla aviareys təxirə salınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İspaniyada "Ryanair" aviaşirkətinin göyərtə işçilərinin tətili ilə əlaqədar müxtəlif hava limanlarında azı 11 reys təxirə salınıb.

Avtosfer.az-ın məlumatına görə, 50-dən çox reysin uçuşları isə ləngiyib.

Qeyd olunur ki, tətil əsasən Barselona və Palma şəhərlərinin hava limanlarına ciddi təsir edib.

"Ryanair" əməkdaşlarının iş şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətilləri iyulun əvvəlindən keçirilir. Ümumilikdə, 6 gün ərzində ölkə ərazisində 200-dən çox reys təxirə salınıb.

Trend

ŞƏRH YAZ
Ad

E-mail

Şərh