İsrail Azərbaycana 100 milyon dollarlıq radar sistemi satdı

Azərbaycan İsraildən raket və təyyarələri aşkar etmək üçün istifadə olunan "Sky Dew" aerostatını alıb.
Avtosfer.az xəbər verir ki, İsrail istehsalı olan "Sky Dew"un əsas missiyası aşağı səviyyədə uçan qanadlı raketləri, dronları və digər qabaqcıl hava vasitələrini qabaqcadan aşkar edə bilir.
ABŞ və İsrail arasında birgə layihə olan aerostat uzaq məsafələrdə olan obyektləri aşkar etməyə qadir olan AESA (Active Electronically Scanned Array) radarı ilə təchiz edilib. O, bir neçə gün fasiləsiz müşahidə apara və 500-ə qədər hədəfi izləməyə qadirdir.
O, maksimum 4,700 metr (15,000 fut) hündürlükdə saxlaya bilən kabel ilə təmin olunub. Həmin yüksəklikdə böyük bir aerostat iki tonluq yükü daşıya bilər. Kabel həm də enerji verir, bu o deməkdir ki, yerə endirilməzdən əvvəl hər dəfə təxminən 30 gün havada dayana bilir. Çox vaxt iki radarla havaya qaldırılır. Biri müşahidə üçündür, digəri isə dəqiq iz və işıqlandırma radarıdır (PTIR). Müşahidə radarı uzun mənzilli əhatə dairəsini (400 kilometr və ya daha çox) təmin edir, birdən çox hədəfi izləyə bilən PTIR isə maraq obyektlərinə fokuslana bilir.
Sistemin dəyəri onun ölçüsündən, radarın və digər sensorların imkanlarından asılı olaraq hər biri 10 milyon dollardan 100 milyon dollara qədər dəyişir.
Qeyd edək ki, Fransa bu yaxınlarda Ermənistana 250 km-ə qədər müşahidə edə bilən GM200 radar stansiyaları vermişdi.
unikal
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











