İsrail HƏMAS-ın pilotsuz uçuş aparatını vurub
Xəbərlər
9 Noyabr 2021 19:45
Oxunub 802

İsrailin “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi HƏMAS hərəkatının pilotsuz uçuş aparatını vurub.
Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, pilotsuz uçuş aparatı Qəzza zolağından buraxılıb və dəniz zonası üzərində vurulub.
“İsrail Müdafiə Nazirliyi İsrailin hava məkanını müdafiə etməyə və mülki İsrail sakinlərini qorumağa davam edəcək”, - nazirliyin mətbuat xidməti əlavə edib.
Mənbə: TASS
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













