Banner

İsrail HHQ Hələb hava limanına zərbələr endirib

Xəbərlər 30 Dekabr 2023 22:22 Oxunub 1016
İsrail HHQ Hələb hava limanına zərbələr endirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsrail Hərbi Hava Qüvvələri Hələb beynəlxalq hava limanının ətraf ərazilərinə raket zərbələri endirib.

Hücum Aralıq dənizindən, Latakiya limanının qərbindən həyata keçirilib.

Raket zərbələrinin maddi ziyana səbəb olduğu bildirilir.

“Al Hadath” telekanalının məlumatına görə, İsrail HHQ Suriya ordusunun tərəfində vuruşan şiə qruplaşmalarının silah anbarlarına raket zərbələri endirib. Hücum nəticəsində insan itkilərinin olması barədə məlumat verilmir.

Dekabrın 29-da İsrail HHQ-yə məxsus “F-16” və “F-35” qırıcıları Suriya paytaxtının beynəlxalq hava limanı və uçuş-enmə zolağı yaxınlığındakı hərbi hədəflərə raket zərbələri endirib. Hücum nəticəsində hərbi infrastruktur obyektlərinə ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh