Banner

İsrail HHQ yeni nəsil “Spark” PUA-larını qəbul edib

Xəbərlər 11 Sentyabr 2023 23:30 Oxunub 930
İsrail HHQ yeni nəsil “Spark” PUA-larını qəbul edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsrail Hərbi Hava Qüvvələri (HHQ) yeni nəsil “Spark” PUA-larını qəbul edib.

APA xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, dünən PUA-ların ilk partiyasının təhvil verilməsi mərasimi İsrail HHQ 144-cü eskadrilyasının yerləşdiyi Hazor aviabazasında baş tutub.

“Spark” İsrailin “Rafael” və “Aeronautics” şirkətləri tərəfindən yaradılıb. Bu PUA kəşfiyyat əməliyyatları, quru qoşunlarının müşayiəti və atəşin tənzimlənməsi daxil olmaqla geniş spektrli vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh