İsrail İranda hərbi obyektlərə kütləvi zərbələr endirdi - YENİLƏNİB

İsrail ordusu İrandan atılan raketlərin qarşısını almağa çalışır.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.
Hazırda Təl-Əvivdə səs siqnalları səslənir, partlayış səsləri eşidilir.
SAXAL-ın verdiyi məlumata görə, Hərbi Hava Qüvvələri gecə saatlarında İsrail dövləti istiqamətində atılan 30-a yaxın pilotsuz uçan aparatı ələ keçirib.
Bundan əlavə, KİV İranın zərbələri nəticəsində gecə saatlarında Təl-Əvivdə çoxmərtəbəli binanın yandığı barədə məlumat yayıb.
***
İsrail Müdafiə Ordusu (SAXAL) İrandan yeni raket atıldığını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bəyanat İsrail ordusunun "Telegram" kanalında dərc olunub.
"İsrail Müdafiə Ordusu raketləri aşkar edib. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", - məlumatda bildirilib.
Bundan əvvəl İranın İsrailin Nevatim aviabazasına qanadlı raketlə hücum etdiyi məlum olub. İran silahlı qüvvələrinin İsrailin ərazisində hərbi və tədqiqat bazalarının yerləşdiyi Negev səhrasını da vurduğu iddia edilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










