İsrail rəsmisi ermənilərin raket atdığı Mingəçevirə baş çəkdi

Xəbərlər 23 Oktyabr 2020 15:50 Oxunub 1056
İsrail rəsmisi ermənilərin raket atdığı Mingəçevirə baş çəkdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-də olub.

Bu barədə “Azərenerji” ASC-dən məlumat verilib.

Səfir Corc Dik stansiyanın ərazisini gəzərək, raket düşən yerlərlə tanış olub. 

Səfər zamanı “Azərenerji” ASC-nin və stansiyaların mütəxəssisləri tərəfindən stansiyaların fəaliyyəti, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verilib.

Sonra səfir “Mingəçevir” Su Elektrik Stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

Qeyd edək ki, oktyabr ayı ərzində dəfələrlə Mingəçevir şəhərinə, ələlxüsus enerji obyektlərinə erməni silahlı birləşmələri tərəfindən dəfələrlə ballestik raketlər atılıb. Həmin raketlərin əksəriyyəti Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib və iki ədəd raket hissəsi oktyabrın 4-də və 11-də “Azərbaycan” İES-in ərazisinə düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh