İsrail Türkiyəyə uçuşları bərpa edəcək - 15 ildən sonra
Xəbərlər
4 İyul 2022 14:38
Oxunub 882

İsrail aviakompaniyaları 15 illik fasilədən sonra Türkiyəyə müntəzəm uçuşları bərpa edə bilər.
Avtosfer.az xəbər verir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində mülki aviasiya sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.
Mənbə yazır ki, bu məsələ üzrə danışıqlar bazar ertəsi günü baş tutacaq.
Tərəflər arasında keçiriləcək görüşdə İsraildən birbaşa uçuşların bərpası, onların tezliyinin artırılması və təhlükəsizlik məsələlərinin nizamlanması müzakirə olunacaq.
Qəzet qeyd edir ki, İsrail aviadaşıyıcıları 2007-ci ildən Türkiyəyə uçuşları dayandırıb. Bununla belə, türk aviakompaniyaları İsrailə müntəzəm reysləri yerinə yetirir.
Bizim.Media
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













