İsrailin İrana hücumundan sonra bir neçə beynəlxalq reys təyyarəsi Bakı aeroportuna eniş etdi

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub.
Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib:
"AJet" - İstanbul-Tehran ("Boeing 737")
"Fly Dubai" - Minsk-Dubay, Kazan-Dubay, Sankt-Peterburq-Dubay, Moskva-Dubay ("Boeing 737")
"Air Arabia" - Moskva-Şarjah ("Airbus A320")
"Jazeera Airways" - Mahaçqala-Küveyt, Moskva-Küveyt ("Airbus A320")
"Etihad Airways" - Moskva-Abu-Dabi ("Boeing 787")
"Turkish Airlines"- İstanbul-Pxuket ("Airbus A330").
Vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.
Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir








