İstanbul aeroportlarında ləğv olunan uçuşların sayı 124-ə yüksəldi - YENİLƏNİB

İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə daha 46 uçuş ləğv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Pegasus" aviaşirkətinin açıqlamasında bildirilir.
Qeyd olunub ki, İstanbulun Sabiha Gökçen Hava Limanından planlaşdırılan 46 daxili və xarici uçuş hava şəraitinə görə ləğv edilib.
Bununla da İstanbuldan yanvarın 12-si həyata keçirilməsi planlaşdırılan, ancaq ləğv olunan uçuşların sayı 124-ə yüksəlib.
Daha əvvəl Türk Hava Yolları (THY) İstanbul Hava Limanından planlaşdırılan 54, "AJet" aviaşirkəti isə Sabiha Gökçen Hava Limanından reallaşdırılması nəzərdə tutulan 24 uçuşun ləğv edildiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.
***21:34
Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 səfər (qalxış və eniş) təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.
Onun sözlərinə görə, bu qərarın Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edildiyi, uçuşlarla bağlı ən son məlumatın THY-nin rəsmi səhifəsində yayımlanacağı bildirilib.
Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!










