İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
Xəbərlər
23 Noyabr 2024 22:24
Oxunub 150
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb suda balıqçı qayıqlarının torlarının bir-birinə dolaşmasıdır.
Bildirilib ki, tədbir müvəqqəti xarakter daşıyır və tezliklə hərəkət bərpa ediləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR