İstanbul - Moskva reysində bomba həyəcanı
Xəbərlər
27 Mart 2022 22:46
Oxunub 1772

İstanbul - Moskva reysi üzrə hərəkət edən Türk Hava Yollarına məxsus sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.
İstanbul hava limanında dayanan təyyarədə axtarışlar aparılarkən xəbərin əsassız olduğu üzə çıxıb.
Məlumata görə, TK-415 uçuş nömrəli TC-JND qeydiyyatlı təyyarədə mümkün təhlükə barədə xəbərdarlıq avialaynerin havaya qalxmasından az öncə edilib. Budan sonra təyyarə dayanacağa salınıb və polis qrupları nəqliyyat vasitəsində axtarış aparıb.
Qeyd edək ki, son zamanlar Moskvaya uçan “Air Serbia” və THY təyyarələrində saxta bomba həyəcanı halları artıb.
Mənbə: “Haber Global”
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













