İstanbula yollanan təyyarədə sərnişinlər arasında dava düşdü  - VİDEO
Xəbərlər 15 Aprel 2021 09:27 Oxunub 320
İstanbula yollanan təyyarədə sərnişinlər arasında dava düşdü  - VİDEO

Tunisin paytaxtından Türkiyənin İstanbul şəhərinə yollanan təyyarədə bilinməyən səbəbdən dava çıxıb. Nəticədə təyyarə beş saat gecikməli olub.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Məlumata görə, dava əvvəlcə qadınlar arasında başlayıb. Lakin sonra kişilərdən biri qadının saçını yolub, bundan sonra münaqişə şiddətlənib. Heyət üzvləri onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər. Nəhayət göyərtəyə polislər cəlb olunduqdan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

“Daily Mail” davanın səbəbi kimi sərnişinlərin başları üzərindəki baqaj yeri üstündə mübahisəni göstərib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh