İstanbulda İŞİD üçün videolar hazırlayan şəxs saxlanılıb
Xəbərlər
3 Yanvar 2023 14:06
Oxunub 712

İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatı üzvlərinə qarşı xüsusi əməliyyatlar həyata keçirir.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki,, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təşkilatın Türkiyədə planlaşdırdığı terror aktlarının reklam xarakterli videolarını hazırlayan şəxs saxlanılıb. Onun İstanbulda yaşadığı mənzildə rəqəmsal materiallar ələ keçirilib.
M.A. adlı şübhəli müfaviq hüquqi prosedurlardan sonra həbs edilib.
ŞƏRH YAZ













